Mediasiya Şurası 2025-ci ilin 1-ci rübü üzrə hesabat təqdim edib | SƏNƏD

   Mediasiya Şurası 2025-ci ilin 1-ci rübü üzrə hesabat təqdim edib    | SƏNƏD
  24 Aprel 2025    Oxunub:1254
Mediasiya Şurası fəaliyyətə başladığı gündən yaratdığı ənənəyə sadiq qalaraq, 2025-ci ilin 1-ci rübünə dair hesabatını təqdim edib.
2025-ci il ərzində mediasiya təşkilatlarına ümumilikdə 9.407 müraciət daxil olub. Onların 8.595-i ailə mübahisələri, 702-si əmək mübahisələri, 33-ü kommersiya mübahisələri, 77 müraciət isə mülki mübahisələr üzrədir.

Daxil olan müraciətlərdən 8.726-sı nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 4.125, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 1.292-dir.

2025-ci ilin 1-ci rübündə ümumilikdə 1.703 barışıq sazişi imzalanıb ki, bu da 51.5% uğurlu nəticə deməkdir.

Qeyd edək ki, hesabatını təqdim edib. " target="_blank"> hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqə vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub.

Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.


Teqlər: Mediasiya-Şurası  





Xəbər lenti